İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunub

17 Oktyabr 2022 - 16:18 | Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı informasiya texnologiyaları sahəsində səmərəli elmi-praktiki fəaliyyətlərinə görə institutun Fəxri Fərmanı ilə təltif olunublar.

Belə ki, institutun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev 75, baş mühəndis Şakir Mehdiyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 65, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova 60, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova 55, şöbə müdiri Rasim Mahmudov isə 50 illik yubileyləri münasibətilə Fəxri Fərmana layiq görülüblər.

Fəxri fərmanları yubilyarlara institutun Elmi şurasının iclasında qurumun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov təqdim edib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman seçilən yubilyarları ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətlərində yeni nailiyyətlər arzu edib

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.