Rəsmiyyə Şərif qızı Mahmudova 1967-ci ildə anadan olmuşdur. 
1990-cı ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmiş və həmin ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.

1990- 2003-cü illərdə mühəndis, proqramçı mühəndis, aparıcı proqramçı, elmi işçi vəzifələrində çalışmış və müxtəlif təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. 

2004-cü ildən institutun Tədris-İnnovasiya Mərkəzində çalışmağa başlamış, “Tədris Mərkəzi” korporativ informasiya sisteminin, “Elektron Test Sistemi”nin layihələndirilməsi və yaradılması məsələlərinə rəhbərlik etmişdir. 

 2006-cı ildən Tədris-İnnovasiya Mərkəzinin müdiri vəzifəsində çalışır.

 2006-2019-cu illər ərzində respublikanın doktorant və dissertantlarına “İnformatika” fənninin tədrisi və bu fənndən doktorluq imtahanlarının təşkili işlərinə rəhbərlik etmişdir.

 AMEA İnformasiya Texnologiyaları İnstitutunda “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

 50-yə yaxın elmi məqalə və tezisin müəllifi, bir neçə kitabın isə həmmüəllifidir. 

 Hazırda informasiya təhlükəsizliyi mədəniyyətinin monitorinqi və qiymətləndirilməsi, elektron vətəndaşın formalaşması və onun elektron vətəndaşlıq səviyyəsinin ölçülməsi sahəsində tədqiqatlar aparılır.

 2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

 2017-ci ildə informasiya texnologiyaları sahəsində səmərəli elmi-praktiki fəaliyyətinə görə institutun Fəxri Fərmanı ilə təltif olunmuşdur.

 2019-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

 

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.:   (+994 12) 510 07 59

Elektron poçt: training_center@iit.science.az