Akademik Rasim Əliquliyev İctimai Televiziyanın qonağı olub – VİDEO

15 Avqust 2025 - 15:00 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev İctimai Televiziyanın qonağı olub

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub.

Alim verilişdə süni intellektin həyatımıza sürətli müdaxiləsi, təhsildə yarada biləcəyi müsbət və mənfi təsirləri ilə bağlı sualları cavablandırıb.  

Akademik R.Əliquliyev süni intellekt texnologiyalarının cəmiyyətin bütün sferalarına sürətlə tətbiq olunduğunu qeyd edərək bu texnologiyaların son zamanlar dövlətimizin əsas prioritetlərindən birinə çevrildiyini vurğulayıb.  

Alim son illər dərin təlim texnologiyalarını meydana çıxması ilə süni intellektin imkanlarının da genişləndiyini diqqətə çatdırıb. Akademik R.Əliquliyev öz çıxışında həmçinin cəmiyyətin yeni texnoloji inqilablara uyğunlaşmasının zəruriliyini qeyd edib.