İnstitutun əsasını 1971-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsi təşkil edir.
1982-ci ildən AİS şöbəsi hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlamışdır.
1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) təşkil olunmuşdur.
2002-ci ildə İTEM-in əsasında AMEA-da İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır.
İnstitut Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
İnstitut Azərbaycanda informasiya texnologiyaları sahəsində ölkəmiz üçün priroritet, aktual tədqiqatlar aparan aparıcı elmi təşkilatdır.
İnstitutda elmi tədqiqatlar iki istiqamətdə aparılır:
1. Müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi:
2. Rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi:
İnstitutun son dövrdə əldə etdiyi əsas elmi nailiyyətləri aşağıdakılardır:
İnstitutun əsas missiyalarından biri informasiya texnologiyaları sahəsində elmi kadrların hazırlanmasıdır. Hazırda institutda “Kompüter elmləri”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)”, “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” və “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisasları üzrə fəlsəfə doktorları və elmlər doktorları hazırlanır. İnstitutda dissertasiya şurası fəaliyyət göstərir.
İnstitutun digər mühüm vəzifəsi Azərbaycan Respublikasının informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətinə elmi dəstək vermək, müvafiq dövlət tapşırıqlarını yerinə yetirməkdir. İnstitut informasiya texnologiyaları ilə bağlı olan müxtəlif dövlət layihələrinin həyata keçirilməsində, komissiyaların, işçi qrupların fəaliyyətində iştirak edir.
İnstitutun daha bir vacib fəaliyyəti elm və təhsilin inteqrasiyası ilə əlaqədardır. Bu istiqamətdə fəaliyyətin əsasını Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Nizamnaməsi təşkil edir. Hazırda institut həmin missiyaya uyğun olaraq bir sıra ali və orta ümumtəhsil məktəbləri ilə əməkdaşlıq edir.
İnstitutun fəaliyyətində AzScenceNet elm-kompüter şəbəkəsinin idarə edilməsi də mühüm əhəmiyyətə malikdir. AzScenceNet şəbəkəsi Azərbaycanı Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları şəbəkələri səviyyəsində özündə birləşdirən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) təmsil edir. AzScenceNet Elm və Təhsil Nazirliyinin və AMEA-nın tabeliyində olan elmi-tədqiqat institutlarını geniş İnternet xidmətləri ilə təmin etməklə, onların GEANT şəbəkəsi vasitəsi ilə Avropanın elm və təhsil mühitinə inteqrasiyasına dəstək verir.