Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “RİSE worldwide” adlı proqramı artıq 8 ildir fəaliyyət göstərir və Azərbaycan Milli Elmlər Akademiyası ilk dəfə olaraq bu proqramda iştiirak üçün dəvət olunub.AMEA 2017-ci ildə Almaniya Universitetlərində biologiya,kimya, fizika, yer elmləri və mühəndislik sahələri üzrə təhsil alan tələbələrə tədqiqat təcrübəsi üçün ev sahibliyi etmək imkanı əldə edir.RISE worlwide proqramı Almaniya universitetləri ilə əlaqə yaradılması və mövcud əlaqələrin genişləndirilməsi, hər iki tərəfdən olan gənc mütəxəssislər və tələbələr üçün dil bacarıqlarının möhkəmləndirilməsi, həmçinin, milli mədəniyyət və tarix üzrə biliklərin mübadiləsinə imkan yaradacaq.


DAAD (Almaniya Akademik Mübadilə Xidməti) tələbələr tədqiqatçılar, həmçinin ali təhsil müəssisəsində çalışan idarəçilər və digərləri üçün  əlverişli proqramlar təklif etməklə beynəlxalq akademik əlaqələri və əməkdaşlığı inkişaf etdirir. Həmçinin DAAD alman ali təhsil sistemini xaricdə təmsil edir. Almaniyanı elm mərkəzi kimi tanıdır və dünyada müxtəlif institutlar arasında əlaqələr qurmağa yardım edir. DAAD Almaniyada təhsil və tədqiqat haqqında müxtəlif  təqaüdlər  təklif edir.


          Fulbright ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və ABŞ ilə digər ölkələr arasında beynəlxalq elmi mübadilə proqramıdır.Proqram ABŞ vətəndaşlarına digər ölkələrin  ali təhsil müəssisələri və qeyri-ABŞ vətəndaşlarına ABŞ ın hər hansı ali təhsil ocağında elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq üçün qrantlar təqdim edir.Fulbright iştirakçısı üçün konkret bir profil yoxdur. Onlar ibtidai və orta məktəblər, kolleclər, tədqiqat institutları və universitetlərdə  olan bütün tələbələr, tədqiqatçılar və müəllimlərdir. 

Avropa tələbə mübadiləsi proqramı olan ERASMUS 1987-ci ildən fəaliyyət göstərərək universitet tələbələri üçün ən azı 3 və maksimum 12 ay müddətində digər Avropa ölkəsində təhsil almaq imkanı təqdim edir. Proqramda universitet tələbələri, eləcə də professor və müəllim heyəti iştirak edə bilər. Hər bir tələbənin xaricdəki yaşayış xərcləri, o cümlədən mübadilə proqramı çərçivəsində bütün universitet xərcləri ERASMUS+ proqramı tərəfindən qarşılanır. Bu məqsədlə hər bir tələbəyə təqaüd verirlir.

“Mariya Küri” proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Hər bir doktorantın xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində hər hansı universitetdə təhsil alan doktorantların bütün universitet xərcləri bu proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir. Elmi-tədqiqat müəssisələri, universitet, şirkət və qeyri-hökumət təşkilatları, dokrorant və alimlər proqrama müraciət edə bilərlər.


Yaponiyanın “Matsumae Belnəlxalq Fondu” 2017-ci il üçün 3-6 aylıq “Təqaüdlü Tədqiqat Proqramı” müsabiqəsini elan edir. Doktorantlar proqramda iştirak etmək hüququna malikdirlər. Yaponiyada hər hansı bir müəssisə (araşdırma laboratoriyaları,milli tədqiqat institutları, müvafiq özəl sənaye obyektləri). seçimi sərbəstdir. Namizədlər üçün yaş məhdudiyyəti 49 yaşa kimi təyin olunub.