ETN İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Open Computer Science” jurnalı tərəfindən rəyçi sertifikatına layiq görülüb. Redaksiya heyəti jurnalın elmi keyfiyyətinin yüksəldilməsinə verdiyi töhfəyə görə dos. Ş.Mahmudovanın fəaliyyətini yüksək qiymətləndirib.
Dünyanın “Scopus” və “Web of Science” kimi məşhur verilənlər bazaları tərəfindən indeksləşən “Open Computer Science” jurnalı alqoritmlər nəzəriyyəsi, süni intellekt, maşın təlimi, bioinformatika, şəbəkə və təhlükəsizlik sistemləri, proqramlaşdırma dilləri, proqram mühəndisliyi, qeyri-səlis məntiq, kompüter elminin nəzər əsasları kimi istiqamətlərdə mühüm tədqiqat nəticələrini təqdim edir.
Qeyd edək ki, jurnal həm də “Inspec”, “CNKI”, DBLP, “DOAJ”, “EBSCO”, “Google Scholar” və s. tanınmış beynəlxalq bazalarda indeksləşir və referatlaşır.
Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:
Cite Score: 1.2
Index Copernicus Value: 129.32
SCImago Journal Rank: 0.371
Source Normalized Impact per Paper: 0.771
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.