Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir.
Müxtəlif təyinatlı “Poliklinika”, “Təhsil” verilənlər bazası idarəetmə sistemləri, “Kadrlar” və “Tədris-İnnovasiya Mərkəzi” korporativ informasiya sistemləri, "Tanınma" avtomatlaşdırılmış identifikasiya sistemi, “Layihələrin qeydiyyatı" informasiya axtarış sistemi, İnformasiya Texnologiyaları Problemləri və İnformasiya Cəmiyyəti Problemləri jurnalları üzrə “Qeydiyyat-Jurnal” informasiya axtarış sistemi hazırlamış və istismara vermişdir.
Ş. Mahmudova “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə 3338.01 - "sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
55 elmi məqalə və 49 tezis, 4 kitabın müəllifidir. Bunların 57-i beynəlxalq elmi mətbuatda dərc edilmişdir.
1998-ci ildən 2011-ci ilədək Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsində “İnformatika” fənnini tədris etmişdir.
Ş.Mahmudova “Pattern Recognition Letter”, “Bionics of Intelligence”, “International Journal of Intelligent Information Processing” (IJIIP), “Communications”, “International Journal of Advanced Engineering and Management”, “Biomedical Statistics and Informatics”, "Pattern Recognition", "International Journal of Automation and Power Engineering (IJAPE)", "Journal of Control Engineering and Technology (JCET)", "Humanities and Social Sciences Letters“, "British Journal of Applied Science & Technology“, “International Journal of Media and Communication”, “Journal of Big Data” jurnalları, Gconference.Net portalı və “International Association for Pattern Recognition (IAPR)”, “International Journal of Engineering və Industries”, “Review of Computer Engineering Research” redaksiya heyətinin üzvü və rəyçisidr.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
Hazırda o şöbənin baş mühəndisi vəzifəsində çalışır və "İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənilməsi" mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləyir.
Elmi əsərləri haqqında məlumat.
Xidməti tel: | (+994 12) 539 87 19 |
Mobil tel: | (+994 50) 382 88 48 |
Elektron poçt: | depart_7@iit.science.az, shafagat_57@mail.ru |