Rasim Şərif oğlu Mahmudov 1972-ci ildə anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 

1996-2006-cı illərdə müxtəlif mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərmişdir.
2007-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda çalışır. 
İnformasiya cəmiyyəti, rəqəmsal iqtisadiyyat, kiberdayanıqlıq, Sənaye 4.0 istiqamətləri üzrə tədqiqatlar aparır.
“İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə edərək “iqtisad üzrə fəlsəfə doktoru” elmi adına layiq görülmüşdür.
70-dən çox elmi əsərin müəllifidir.

2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsində “İnformasiya cəmiyyətinin əsasları” kursunu tədris etmişdir. 
2010-2021-ci illərdə “İnformasiya cəmiyyəti problemləri” elmi-praktik jurnalının məsul redaktoru olmuşdur. 
2016-cı ildən institutun İctimaiyyətlə əlaqələr şöbəsinin mudiridir. 

Elmi əsərləri haqqında məlumat.


Xidməti tel.: (+994 12) 510 16 01
Mobil tel.:    (+994 55) 785 09 58 
Elektron poçt: pr@iit.science.azrasimmahmudov@gmail.com