İnstitutun əməkdaşlarına “ITTA 2024” konfransında çıxışa görə sertifikatlar təqdim olunub

01 May 2024 - 17:26 | Mühüm hadisələr
İnstitutun əməkdaşlarına “ITTA 2024” konfransında çıxışa görə sertifikatlar təqdim olunub

İnformasiya Texnologiyaları İnstitununun əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “İnformasiya texnologiyaları və onların tətbiqi” (2th International Conference on Information Technologies and Their Applications, ITTA 2024) mövzusunda II beynəlxalq konfransda təqdim etdikləri məruzələrə görə sertifikatlara layiq görülüblər.

Xatırladaq ki, konfransın “İntellektual sistemlərdə informasiya texnologiyaları” adlı seksiya iclasında İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və baş mütəxəssis Oqtay Ələkbərovun “Mobil bulud hesablama şəbəkələrində cloudletlərdən səmərəli istifadə modelinin işlənməsi”, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, böyük elmi işçi Minarə Manaflı, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Nuru Bayramov və kafedranın əməkdaşı Mehriban Hüseynovanın “Hepatosellular karsinomanın diaqnostikası üçün ekspert sisteminin arxitekturu və tətbiqi prinsipləri”, iqtisad elmləri doktoru Əlövsət Əliyevin “Süni intellekt texnologiyaları ilə rəqəmsal iqtisadiyyatın inkişafının funksional xüsusiyyətləri və problemləri”, baş mühəndis Şakir Mehdiyevin “Simsiz sensor şəbəkələrinin enerji istehlakının kiber-fiziki sistemlərin nasazlıqlara davamlılığına təsirinin qiymətləndirilməsi” mövzusunda məruzələri təqdim olunub.

Texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “E-hökumət mühitində paylanmış smart OLAP sisteminin inkişafı”, böyük elmi işçi Əfruz Qurbanova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova və böyük elmi işçi Səbinə Məmmədzadənin “Terminoloji dinamiki proseslərin intellektual analizi üçün metodun işlənməsi”, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və böyük elmi işçi Könül Daşdəmirovanın “İnternet mühitdən heterogen istifadə siyasətinin təmin olunmasının kibertəhlükəsizlik aspektləri haqqında”, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Sünyəxanım Səlimxanovanın “Model tipli müəssisələrin informasiya təminatının təkmilləşdirilməsində süni intellekt texnologiyalarının tətbiqinin arxitektur-texnoloji strukturunun işlənməsi” ilə bağlı məruzələr də tədbir iştirakçılarının marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.