Zərifə Qasım qızı Cəbrayılova 1961-ci ildə anadan olmuşdur.
1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1984-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur.
1988-ci ildə Kibernetika İnstitutunda aspiranturaya daxil olmuş, 1996-cı ildə “Təşkilat idarəetmə sistemlərində qərarların qəbul olunması metodları” mövzusunda 05.13.14 – “informasiyanın emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur və 2004-cü ildə dosent elmi adını almışdır.
Elektron dövlətin insan resurslarının idarə olunması infrastrukturunda süni intellekt texnologiyası çərçivəsində qərarların qəbulunun dəstəklənməsi, demoqrafik proqnoz sisteminin işlənilməsi, aztəminatlı ailələrin gəlirlərinin qiymətləndirilməsi, əmək bazarının proqnozlaşdırılması, əmək bazarının İT seqmentində insan resurslarının çoxkriteriyalı qiymətləndirilməsi, tibbi kadrlara olan tələb və təklifin mümkün ssenariləri üzrə qeyri-səlis oxşarlığının qiymətləndirilməsi, elmi kadrların əmək fəaliyyətinin qiymətləndirilməsi və s. məsələlərin həlli üçün müvаfiq üsullаr işlənilmiş, inкişаf etdirilmiş və tətbiq olunmuşdur.
155-dən çox elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir. Onlardan 80-ni xarici elmi mətbuatda dərc edilmişdir.
İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
İnstitutda təsis olunan “İnformasiya texnologiyaları problemləri” jurnalının məsul redaktorudur.
İnstitutda təsis olunan “İnformasiya cəmiyyəti problemləri” jurnalının redaksiya heyətinin üzvüdür.
İnstitutun elmi seminarının katibidir.
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.
2018-ci ildə institutun Qadınlar Şurasının sədri vəzifəsinə təyin olunmuşdur.
İnstitutda baş elmi işçi vəzifəsində işləyir.
Elmi əsərləri haqqında məlumat
Xidməti tel.: (+994 12) 537 22 97
Elektron poçt: depart_11@iit.science.az, djabrailova_z@mail.ru