AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Baku TV”də süni intellektin təhsil sahəsinə təsirlərindən danışıb – VİDEO

19 Noyabr 2025 - 15:59 | Müsahibələr, çıxışlar
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Baku TV”də süni intellektin təhsil sahəsinə təsirlərindən danışıb

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Baku TV”nin “Aktual gündəm” verilişinin qonağı olub.

Verilişdə “Gələcəyin məktəbi fiziki məkan olacaq, yoxsa rəqəmsal platforma?” mövzusu ətrafında müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev çıxışında süni intellekt texnologiyalarının təhsil sistemində rolundan, tədris prosesinə təsirlərindən və yaratdığı yeni imkanlardan danışıb. Bildirib ki, süni intellekt artıq təhsilin ayrılmaz komponentinə çevrilib və həm tədris materiallarının fərdiləşdirilməsi, həm qiymətləndirmə, həm də şagirdlərin fərdi inkişaf dinamikasının izlənməsi sahəsində geniş tətbiq olunur.

Alim eyni zamanda süni intellektin təhsildə inklüzivliyi artırdığını, zaman və məkan məhdudiyyətlərini aradan qaldıraraq daha geniş auditoriyaya bərabər imkanlar təqdim etdiyini diqqətə çatdırıb.