Akademik Rasim Əliquliyev İctimai Televiziyaya müsahibə verib – VİDEO

18 Noyabr 2025 - 09:19 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev İctimai Televiziyaya müsahibə verib

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev İctimai Televiziyaya “Süni intellekt Azərbaycana nə vəd edir?” mövzusunda müsahibə verib.

Akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının dövlətlərin inkişaf strategiyalarında əsas həlledici qüvvəyə çevrildiyini bildirib. Alim qeyd edib ki, Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndiyi indiki mərhələdə milli data ekosisteminin formalaşdırılması ölkənin innovativ inkişafı baxımından strateji əhəmiyyət daşıyır.