İnstitutun mütəxəssisləri Azərbaycan Texniki Universitetində İxtisaslaşdırılmış Şuraların işində iştirak ediblər

23 İyun 2025 - 15:35 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutu ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində elm və təhsilin inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu fəaliyyət elmi biliklərin tədris prosesinə transferi, gənc mütəxəssislərin yetişdirilməsi və innovativ təfəkkürün təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. İnstitutun əməkdaşları mütəmadi olaraq ali təhsil müəssisələrində keçirilən akademik tədbirlərdə fəal iştirak edir, elmi rəhbərlik edir, eləcə də imtahan komissiyalarında təmsil olunmaqla bu prosesə töhfə verirlər.

Bu istiqamətdə həyata keçirilən işlərin davamı olaraq, institutun alim və mütəxəssisləri Azərbaycan Texniki Universitetinin “Kibertəhlükəsizlik” kafedrasına təhkim olunan ixtisaslar (ixtisaslaşmalar) üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuraların işində iştirak ediblər.  

Belə ki, Şuranın iclasında institutun baş elmi işçisi t.e.d., dosent Zərifə Cəbrayılova Şura sədri, institutun şöbə müdirləri – t.f.d., dosent Fərhad Yusifov və t.f.d., dosent Məkrufə Hacırəhimova Şuranın üzvləri qismində çıxış ediblər.

Şuranın 20-21 iyun 2025-ci il tarixlərində keçirilən iclaslarında “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə Telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi ixtisaslaşması, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə isə İnformasiya mühafizəsi və təhlükəsizliyi ixtisaslaşmasında magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.