sa sa sa

Fərhad Firudin oğlu Yusifov 1982-ci ildə anadan olmuşdur.

2004-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsal Proseslərinin Avtomatlaşdırılması” fakültəsini bitirmiş, “İnformatika və hesablama texnikası” ixtisası üzrə magistr dərəcəsi almışdır. 

2005-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda işləyir. 

2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Loq-fayllar əsasında İnternetdən istifadənin analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə dosent elmi adı almışdır.

Rəqəmsal transformasiyalar, e-dövlətin formalaşdırılması problemləri, e-dövlətin inkişafı və səmərli idarə olunması mexanizmlərinin işlənməsi istiqamətində araşdırmalar aparır.

2011-2012-ci illərdə əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə 1 il müddətində Hradec Kralove Universitetində (Çex Respublikası) elmi ezamiyyətdə olmuşdur.

2012-ci ildə LaSalle Ramon Llull Universitetində (İspaniya) “Open Minded Project Management” layihələrin idarə olunması istiqaməti üzrə kursu bitirmişdir.

2017-ci ildə “İKT bilik mübadiləsi proqramı 2017” (ICT Knowledge Sharing Program 2017)  çərçivəsində 2 ay müddətində Elektronika və Telekommunikasiya Elmi-Tədqiqat İnstitutunda (Electronics and Telecommunications Research Institute (ETRI), Cənubi Koreya) işləmişdir.

2012-2016-cı illərdə İnstitutda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur.

2021-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.35 Dissertasiya şurasının elmi katibi kimi fəaliyyət göstərmişdir.

2010-2021-ci illərdə institutda nəşr olunan “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Beynəlxalq və respublika səviyyəli konfransların proqram və təşkilat komitəsinin üzvü olmuşdur.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 79, xaricdə çıxmış elmi əsərlərin sayı 46-dır. 

24 əsəri Web of Science (Clarivate Analytics) və 18 əsəri isə Scopus (Elsevier) bazasında indeksləşən jurnallarda və konfrans materiallarında çap edilmişdir.
2009-cu ildən şöbə müdiri vəzifəsində çalışır. 

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (+994 12) 510 12 60
Faks: (+994 12) 539 61 21
Elektron poçtu: ph.d@iit.science.azfarhadyusifov@gmail.com
26 fevral- Xocalı soyqırımı günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti