İnformasiya Texnologiyaları İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib.
Öncə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev imtahan prosesi ilə tanış olub, gənclərin hər birinə imtahanda müvəffəqiyyətlər arzu edib.
Akademik Rasim Əliquliyev hazırda ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən birinin rəqabətədavamlı, müasir biliklərə yiyələnmiş yüksəkixtisaslı gənc kadrların yetişdirilməsi olduğunu qeyd edib. Alim bu sahədə Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif tədbirlərin həyata keçirildiyini, xaricdə təhsil dövlət proqramlarına uyğun olaraq, kadr hazırlığına xüsusi diqqət yetirildiyini vurğulayıb.
Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstututunun artıq 50 ildən çoxdur ki, müasir çağırışlara cavab verərək, elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə dövlət siyasətinin həyata keçirilməsində, ölkə başçısının qəbul etdiyi proqramların və bir sıra mühüm layihələrin hazırlanmasında, yüksək keyfiyyətli insan resurlarının yetişdirilməsində yaxından iştirak etdiyini də diqqətə çatdırıb. Alim qeyd edib ki, ölkənin ilk dəfə İnternetə çıxışı 1991-ci ildə məhz bu qurumda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirilmişdir.
Bu gün cəmiyyətdə informasiya texnologiyaları üzrə peşəkar kadrlara böyük ehtiycın yarandığını söyləyən alim gənclərin fəlsəfə və elmlər doktoru kimi yetişdirilməsinin, elmi fəaliyyətə cəlb edilməsinin, onlarla məqsədyönlü işin aparılmasının institutun fəaliyyətinin əsas istiqamətlərindən olduğunu qeyd edib, bu prosesdə onlara dəstək verilməsinin vacibliyini vurğulayıb.
Akademik İmtahanda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi”, 1203.01 – “Kompüter elmləri”, 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisasları üzrə 11 iddiaçı iştirak edib.
Qeyd edək ki, AR Elm və Təhsil Nazirliyindən daxil olan 04 iyul 2024-cü il tarixli məktuba əsasən institutda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. Komissiyasının sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev, sədr müavinləri AMEA-nın müxbir üzvü, t.e.d., prof. Məsumə Məmmədova, tex.f.d., dos. Rəşid Ələkbərov, AMEA-nın müx. üzvü, t.e.d. Ramiz Alıquliyev, iqt.e.d., dos. Əlövsət Əliyev, üzvləri isə fiz.-riy.f.d., dos. Tofiq Kazımov, t.e.d., dos. Zərifə Cəbrayılova, tex.f.d., dos. Ramiz Şıxəliyev, tex.f.d., dos. Firudin Ağayev, tex.f.d. Gülnarə Nəbibəyova, elmi katib Nərmin Adıgözəlova, iqt.f.d. Rasim Mahmudov və tex.f.d., dos Fərhad Yusifovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.