Ramiz Hüseyn oğlu Şıxəliyev 1961-ci ildə anadan olmuşdur.

1990-cı ildə Leninqrad Elektrotexnika İnstitutunun “Elektrofizika” fakültəsini bitirmişdir.

1998-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda çalışır və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunmasının nəzəri problemləri ilə məşğul olur.

2008-ci ildə "Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarının ekranlaşdırılması metod və modellərinin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.

Hal-hazırda “Kompüter şəbəkələrinin intellektual monitorinqi metod və modellərin işlənilməsi" mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləyir.

38 jurnal və 41 konfrans məqaləsinin və 2 kitabın müəllifidir. 19 əsəri xaricdə (Cənubi Koreya, Rusiya, Ukrayna, Belarus və s. ölkələrdə) çap edilmişdir.

“Методы и технологические аспекты экранирования взаимоувязанных корпоративных информационных пространств” kitabının həmmüəllifi, “Şəbəkə texnologiyaları” kitabının müəllifidir.

2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqəsinin qalibi olub.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

Hazırda institutda baş elmi işçi vəzifəsində işləyir. 

 

Elmi əsərləri haqqında məlumat

 

Xidməti tel.: (+994 12) 510 42 53

Elektron poçt:         ramiz@science.azshikhramiz61@gmail.com