Tofiq Həsənağa oğlu Kazımov 1951-ci ildə anadan olmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1973-cü ildə təyinat üzrə ADU-nun hesablama mərkəzinə riyaziyyatçı-proqramçı vəzifəsinə işə qəbul olunmuşdur. 1978-ci ilədək burada riyaziyyatçı-proqramçı, kiçik elmi işçi və baş mühəndis-proqramçı vəzifələrində çalışmışdır.
1973-cü ildə Azərbaycan Dövlət Universitetində "Hesablama riyaziyyatı" ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur.
1982-ci ildə Kazan Dövlət Universitetində "Qarışıq tipli tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin həllinin sonlu fərqlər üsulu" mövzusunda "01.01.07 - Hesablama riyaziyyatı" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1978-ci ildən Azərbaycan EA Kibernetika İnstitutu nəzdində AİS şöbəsində böyük mühəndis vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə aparıcı mühəndis, 1980-ci ildə layihə baş mühəndisi vəzifələrinə təyin olunmuşdur.
1986-cı ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. Bu müddət ərzində kənd təsərrüfatı, əhaliyə məişət xidməti, texniki-peşə təhsili avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında iştirak etmişdir.
2000-ci ildə baş elmi işçi (dosent) adını almışdır.
2005-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA-nın 60 illiyi ilə əlaqədar olaraq "AMEA prezidentinin Fəxri Fərmanı" ilə təltif olunmuşdur.
Son illərdə "Euromath" kompüter şəbəkəsində informasiya sistemlərinin, İNTERNET şəbəkəsində veb səhifələrin, milli klaviaturanın yaradılması, tədris prosesinin avtomatlaşdırılması, azərbaycandilli mətnlərin kompüterdə səsləndirilməsi, elektron jurnalların hazırlanması, sifət təsvirlərinin həndəsi xarakteristikalarına əsasən insanın tanınması, naqilsiz sensor şəbəkələrində məkanın təyin edilməsi, müxtəlif təyinatlı KİS-lərin yaradılması və s. problemlər üzərində çalışır.
Onun rəhbərliyi ilə bir neçə doktorant və dissertant müvafiq sahə üzrə dissertasiya mövzuları üzərində işləyirlər.
100-dən artıq elmi məqalənin, bir ixtiranın, beş kitabın müəllifidir. Bunlardan 60-dan çoxu xarici elmi mətbuatda dərc edilmişdir.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.
Hazırda institutda şöbə müdiri vəzifəsində çalışır.
Elmi əsərləri haqqında məlumat.
Xidməti tel.: | (+994 12) 539 90 16 |
Mobil tel.: | (+994 55) 784 64 63 |
Elektron poçt: | tofig@mail.ru, tofig@iit.science.az, depart_7@iit.science.az |