Firudin Tərlan oğlu Ağayev 1963-cü ildə anadan olmuşdur.
1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir.
1985-ci ildə Azərbaycan Elmlər Akademiyası Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə qəbul olunmuşdur. Burada mühəndis, mühəndis proqramçı, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1986-cı ildən aspirant və dissertantlara “İnformatika və hesablama texnikasının əsasları” fənni üzrə tədris işlərini aparmışdır.
1987-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibertetika İnstitutuna “Avtomatlaşdırılmış idarəetmə sistemləri” ixtisası üzrə qiyabi aspiranturaya daxil olmuşdur.
1997-ci ildə “Təsvirlərin proyeksiyalar üzrə bərpası üsullarının modelləşdirilməsi zamanı sürətli Radon çevirməsinin yaradılması” mövzusunda 05.07.12. – “Məsafədən aerokosmik tədqiqatlar” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2002-2003-cü illərdə Azərbaycan Milli Aviasiya Akademiyasında “Avtomatlaşdırılmış idarəetmə sistemləri”, “İnformasiya və hesablama sistemləri” fənləri üzrə mühazirələr oxumuşdur. Cisco Lokal Akademiyasının instruktorudur.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.
61 məqalənin və 3 kitabın müəllifidir.
2002-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. 

Elmi əsərləri haqqında məlumat.

Xidməti tel.: (+994 12) 539 72 13
Mobil tel.: (+994 55) 777 26 26
Elektron poçt: agayevinfo@gmail.comdepart_8@iit.science.az