Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində 2019-2020-ci illərdə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi.
İmtahanda 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə İlhamə Ələsgərova, 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə Orxan Vəlixanlı iştirak etdilər.
Qeyd edək ki, institutda fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün imtahan komissiyası yaradılıb. Komissiyasının sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev, komissiya üzvləri isə institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib, E-kitabxana Mərkəzinin rəhbəri Mədinə Səidova, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.