İnstitut əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub

12 Dekabr 2016 - 17:06 | Mühüm hadisələr
İnstitut əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “A Fuzzy TOPSIS+Worst-Case Model for Personnel Evaluation Using Information Culture Criteria” adlı məqaləsi “International Journal of Operations Research and Information Systems” jurnalında çap olunub.

Məqalənin müəllifləri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz AlıquliyevTədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudovadır.

Məqalədə personalın qiymətləndirilməsi üçün hibrid qeyri-səlis MCDM modeli təklif edilmişdir. Bu model qeyri-səlis TOPSIS və qeyri-səlis ən pis hal (entropiya) metodlarının kombinasiyasından əldə olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.