Telefon:

(+994 12) 539 77 41, (+994 12) 510 07 59

Elektron poçt:

training_center@iit.science.az 

Struktur bölmənin rəhbəri:

Texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Şərif qızı Mahmudova

Əsas elmi istiqamətləri:
  • İnformasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi;
  • İnformasiya mədəniyyətinin formalaşması və qiymətləndirilməsi problemləri;
  • Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi;
  • Azərbaycan dili ekosisteminin yaradılması problemləri;
  • Jestlərin tanınması problemləri;
  • İnformatika fənninin tədrisində intellektual oyunlardan istifadə məsələləri.

 

Əsas elmi nəticələri:
  • Fərdlərin informasiya mədəniyyətinin formalaşdırılmasının elmi-nəzəri problemləri müəyyən olunmuşdur;
  • Fərdlərin informasiya mədəniyyətinin xüsusiyyətləri analiz olunmuş və yeni konsepsiyası işlənilmişdir;
  • İnformasiya mədəniyyətinin qiymətləndirilməsi üçün iyerarxik kriteriyalar sistemi işlənmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodunun effektiv variantı təklif edilmişdir;
  • Fərdlərin informasiya mədəniyyətinin çoxkriteriyalı qiymətləndirilməsi üçün qeyri-səlis TOPSIS metodunun çəkili variantı təklif edilmişdir;
  • İngilis dilində mətnlər üçün ən məşhur oxunabilirlik düsturlarından olan Fleşin oxuma asanlığı və Fleş-Kinkeydin təhsil səviyyəsi düsturlarının Azərbaycan dili mətnləri üçün modifikasiya edilməsi üçün metodika işlənib hazırlanmışdır;
  • Hazırlanmış xüsusi metodika əsasında ingilis dilində mətnlər üçün olan Fleşin oxuma asanlığı və Fleş-Kinkeydin təhsil səviyyəsi düsturları Azərbaycan dilində olan mətnlər üçün modifikasiya edilmişdir;
  • Xüsusi metodika işlənib tətbiq edilərək ilk dəfə olaraq Azərbaycan dilinin əsas lüğət fondunu təşkil edən və ibtidai sinif şagirdlərinin əksəriyyətinin başa düşdüyü 1000 və 3000 sözdən ibarət siyahılar hazırlanmışdır;
  • Mətndə olan tanış olmayan (uyğun olaraq 3000-lik və 1000-lik siyahıda olmayan) sözlərin faiz nisbətinə əsaslanan Deyl-Çellin yeni oxunabilirlik və Speşin oxunabilirlik düsturları Azərbaycan dilində olan mətnlər üçün modifikasiya edilmişdir;
  • Azərbaycan dilində olan mətnlərin statistik göstəricilərinin (cümlə sayı, söz sayı, heca sayı və s.) hesablaması prosesini avtomatlaşdırmaq üçün xüsusi alqoritmlər işlənib hazırlanmışdır;
  • Hazırlanmış alqoritmlər əsasında Azərbaycan dilində olan mətnlərin statistik göstəricilərinin hesablaması prosesini, eləcə də modifikasiya edilmiş oxunabilirlik düsturlarının tətbiqini avtomatlaşdırmaq məqsədilə müvafiq proqram təminatı vasitələri işlənib hazırlanmışdır;
  • İlk dəfə olaraq hazırlanmış xüsusi proqram təminatının köməyi ilə Azərbaycan dilində olan bir sıra dərsliklərin oxunabilirliyi və həmin dərsliklərdəki mətnlərin şagirdlərin yaş səviyyəsinə nə dərəcədə uyğun olması subyektiv mülahizələrdən kənar qiymətləndirilmişdir;
  • Eşitmə və nitq əngəlli insanların kommunikasiyasının avtomatlaşdırılması məsələləri analız olunmuş, milli daktil əlifbanın elementlərinin kodlaşdırılması sistemi işlənmişdir;
  • Respublikamızda milli daktil əlifbanı və jestləri tanıyan milli elektron bazanın yaradılması üçün təklif və tövsiyələr işlənmişdir;
  • Ümumtəhsil məktəblərində informatika fənninin tədrisinin keyfiyyətinin intellektual oyunlar vasitəsi ilə  yüksəldilməsi üçün  metodika  işlənmişdir;
  • Təklif edilmiş metodika əsasında şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün iyearxik kriteriyalar sistemi işlənmişdir;
  • Təklif olunmuş metodikanın səmərəliliyinin və tətbiqi imkanlarının yoxlanılması üçün pedaqoji eksperimentlər aparılmış və nəticələr təhlil edilmişdir.

 

Digər fəaliyyət istiqamətləri
  • İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələr hazırlanır və həyata keçirilir;
  • Müxtəlif kompüter proqramları (proqramlaşdırma dilləri, veb-proqramlaşdırma, dizayn proqramları, riyazi proqram paketləri, müəllimlər üçün kurslar, MS Office proqramları və s.) üzrə fərdi və qrup şəklində kurslar təşkil olunur;
  • Müraciət əsasında vətəndaşların müxtəlif kompüter proqramları üzrə bilik səviyyəsi yoxlanılır və sertifikatlaşdırılır.