NATO-nun dəstəyi ilə nəşr olunan kitab seriyasına institut əməkdaşlarının 22 məqaləsi daxil edilib Noyabr 16, 2022 | 10:29 / Mühüm hadisələr

Məlum olduğu kimi, ötən il 27-29 oktyabr tarixlərində  NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçirilmişdir.  Konfransda “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılmışdır.

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının həmin beynəlxalq konfransda təqdim etdikləri məruzələr NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Seriyasından növbəti – “Sənaye idarəetmə sistemləri vasitəsilə kritik infrastrukturların mühafizəsinin təmin edilməsi üçün kibertəhlükəsizlik” (Cybersecurity for Critical Infrastructure Protection via Reflection of Industrial Control Systems) adlı kitabın “İnformasiya və Kommunikasiya Təhlükəsizliyi” bölməsinə çap olunub. Kitabda çap olunan 28 məqalədən 22-nin müəllifləri İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarıdır.

Belə ki, kitabda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri Rasim Mahmudovun həmmüəllifi olduqları “Azərbaycanda kiber-fiziki sistemlərin formalaşması və onların kompleks təhlükəsizliyinin bəzi aktual problemləri”, AMEA-nın müxbir üzvü, şöbə müdiri, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın həmmüəllifi olduqları “Dəniz neft-qaz platformasında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sisteminin arxitekturası”, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik problemləri”, eləcə də M.Həşimovun “Ağıllı şəhər mühitində fərdi məlumatların təhlükəsizlik məsələləri”, baş mühəndis Şakir Mehdiyevin “Kiber-fiziki infrastrukturun funksional elementlərinin texniki vəziyyətinin və texnoloji təhlükəsizliyinin monitorinqi”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Ontologiya vasitəsilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sisteminin işlənilməsi”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Bəzi sinif pilotsuz uçuş aparatlarının kibertəhlükəsizlik məsələləri”, eləcə də F.Abdullayeva və R.İbrahimovun həmmüəllifi olduqları “Pilotsuz uçuş aparatlarının aşkarlanması metodlarının müqayisəli təhlili”, doktorant Orxan Vəlixanlının “Pilotsuz uçuş aparatında kiberhücumların aşkarlanması üsulları”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın  “Sənaye idarəetmə sistemlərində anomaliyaların iyerarxik gizli Markov modelləri əsasında aşkarlanması” mövzusunda məruzələri öz əksini tapıb.

Həmçinin NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Seriyasından olan növbəti kitaba AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevin “Sənaye idarəetmə sistemlərində kiber-kiziki infrastrukturlar üçün kompüter insidentlərinin tədqiqi”, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev ilə institutun əməkdaşları Gülarə Məmmədova, Lalə Zeynalova və Rəna Məlikovanın həmmüəllifi olduqları “Elektron təhsildə informasiya təhlükəsizliyi problemləri və metodları”, şöbə müdiri Bikəs Ağayevin “Akustik küy çirklənməsinin təhlükəsizliyinin qiymətləndirilməsi üçün kiber-fiziki sistemlər platformasına əsaslanan metodologiya”, institutun əməkdaşları Təhmasib FətəliyevNərgiz Verdiyevanın “Elm 4.0: kompleks təhlükəsizlik problemləri və həll mexanizmləri”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin intellektual monitorinqinə bəzi yanaşmalar”, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru  Gülnarə Nəbibəyovanın “Sənaye 4.0 çağırışlarının demoqrafik proseslərə təsirinin təhlili və tədqiqi”, böyük elmi işçi Könül Daşdəmirovanın isə “Şəbəkələşmiş cəmiyyətin kiber sosio-texnoloji problemləri və onların analizi”, baş mütəxəssis Kəmalə Haşımovanın “Süni intellektin internet reklamı sahəsində tətbiqi məsələləri və perspektivləri”, baş mütəxəssis Tamilla Bayramovanın “Sənaye informasiya sistemləri üçün proqram təminatında çatışmazlıqların aşkarlanması üçün müasir metodların təhlili”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərovanın “Elektron dövlət mühitində videotəsvirləri analiz etməklə sosial münasibətlərin aşkarlanması üçün bir yanaşma”, baş mütəxəssis Oqtay Ələkbərovun “Elektron səhiyyədə “ağıllı” cihazların kibertəhlükəsizlik problemləri”, baş mütəxəssis Sabirə Ocaqverdiyevanın “Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin olunmasına kompleks yanaşma haqqında” mövzularında təqdim etdikləri məruzələr daxil edilib.

Qeyd edək ki, NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Seriyası NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi ilə, nüfuzlu “Springer”“IOS Press” nəşriyyatları tərəfindən çap olunur. Eyni zamanda “Sənaye idarəetmə sistemləri vasitəsilə kritik infrastrukturların mühafizəsinin təmin edilməsi üçün kibertəhlükəsizlik” kitabı DBLP bazasında indeksləşir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı