İnstitutun əməkdaşları beynəlxalq tədbirlərdə fəal iştirak edirlər Oktyabr 26, 2022 | 09:17 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev bu elmi müəssisənin əməkdaşlarının 2022-ci il ərzində iştirak etdiyi və nəzərdə tutulan ezamiyyətlər haqqında məlumat verib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyevin 13-17 iyun 2022-ci il tarixlərində Triestdə keçirilmiş, Avropa elm və təhsil şəbəkələri üzrə ən böyük və nüfuzlu konfrans hesab edilən “Terena Network Conference 2022 (TNC22)”da iştirak etdiyini qeyd edən B.Nəbiyev tədbirin Avropanın bütün aparıcı şəbəkə təşkilatlarını, ali təhsil müəssisələrini, şəbəkə mütəxəssislərini, ekspertləri, eləcə də sənaye nümayəndələrini bir araya gətirdiyini vurğulayıb.

B.Nəbiyev institutun şöbə müdiri, tex.f.d. Gülnarə Nəbibəyovanın 16-17 iyun 2022-ci il tarixlərində Bişkekdə keçirilmiş “MDB-2022 üzv ölkələrin alimlərinin” IV Forumunda, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin sentyabrın 21-22-də Türkiyənin İzmir şəhərində ABŞ Dövlət Departamentinin dəstəyilə “CRDF Global” təşkilatı tərəfindən keçirilən “Akademik dairələrdə kibertəhlükəsizlik imkanlarının təkmilləşdirilməsi üzrə seminar”da iştirak etdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, cari ildə institutun baş mühəndisi Şakir Mehdiyev Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutu və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin birgə təşkilatçılığı ilə “İnformasiya-kommunikasiya texnologiyaları sferasında yeni reallıq: tendensiyalar və perspektivlər” mövzusunda keçirilmiş onlayn iclasda, AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin baş mütəxəssisi Könül Əliyeva isə Tbilisidə Xidmət portfellərinin idarə edilməsi üzrə Xüsusi Maraq Qrupunun (SIG-MSP) və “EapConnect”in layihə iclaslarında iştirak ediblər.

O, həmçinin institut əməkdaşlarının nəzərdə tutulan ezamiyyətləri haqqında ətraflı məlumat verərək akademik Rasim Əliquliyevin 2-4 noyabr 2022-ci il tarixlərində Berlində keçiriləcək “First Cyber Threat İntelligence Symposium”da, 22-23 noyabr 2022-ci il tarixlərində isə Niderlandda keçiriləcək “28th GEANT General Assembly” iclasında iştirakının planlaşdırıldığını diqqətə çatdırıb. Bundan əlavə, şöbə müdiri, tex.f.d., dos. Fərhad Yusifovun Ankarada Hacı Bayram Veli Universitetində keçiriləcək görüşdə, institutun böyük elmi işçisi, tex.f.d. Məmməd Həşimov və doktorant Oqtay Ələkbərovun 14-17 noyabr 2022-ci il tarixlərində Praqada keçiriləcək “The European Open Science Cloud (EOSC)” simpoziumunda, institutun şöbə müdiri Mədinə Səidova və elmi katibi Nərmin Adıgözəlovanın 21-24 noyabr 2022-ci il tarixlərində Antalyada keçiriləcək "ANKOSLink" beynəlxalq konfransında iştirak edəcəklərini bildirib.

Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aysən Fərəcova baş mütəxəssislər -  Oqtay Ələkbərov və Səməd Dursunov, mühəndis Fuad Əhmədovun 5–11 sentyabr 2022-ci il tarixlərində NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Yüksək Texnologiyalar Araşdırma Mərkəzi (TÜBİTAK-BİLGEM) tərəfindən Bakıda keçirilmiş “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu”nda iştirak edərək sertifikata layiq görüldükləri bildirilib.

Həmçinin Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə 18-29 aprel 2022-ci il tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarında institutun gənc tədqiqatçıları – doktorant Orxan Vəlixanlı, magistrant Elmurad HəsənovNuranə Xosuzadənin məruzələrlə çıxış edərək təqdim etdikləri məruzələrə görə müvafiq olaraq 1, 2 və 3-cü yerlərə layiq görüldükləri qeyd olunub.

Tədbirdə cari ildə keçirilmiş, ümumilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan AMEA-nın gənc alim və mütəxəssislərinin VII İnstitutlararası futbol turnirinin oyunlarında AMEA İnformasiya Texnologiyaları İnstitutunun komandasının 3-cü yeri tutması haqqında da məlumat verilib. 

Akademik Rasim Əliquliyev ölkə daxilində, eləcə də xarici ölkələrdə alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açıldığını diqqətə çatdırıb. Alim elmi-tədqiqat müəssisələrinin beynəlxalq tədbirlərdə iştirakının hər bir qurumun elmmetrik göstəricilərindən biri hesab olunduğunu qeyd edərək rəhbərlik etdiyi institutun əməkdaşlarını GEANT və digər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən nüfuzlu konfranslarda fəal iştirak etməyə çağırıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı