İnformasiya Texnologiyaları İnstitutunun komandası institutlararası futbol çempionatında yarımfinal mərhələsinə yüksəlib

08 May 2025 - 14:35 | Mühüm hadisələr

AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş institutlararası futbol çempionatında ETN İnformasiya Texnologiyaları İnstitutunun komandası ETN İdarəetmə Sistemləri İnstitutunun komandası ilə qarşılaşıb.

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan qrup oyunlarında İnformasiya Texnologiyaları İnstitutunun komandası rəqib üzərində 4:2 hesabı ilə qələbə qazanıb və yarımfinal mərhələsinə yüksəlib.  

Qeyd edək ki, yarımfinal mərhələsində növbəti oyun ETN İqtisadiyyat İnstitutu ilə baş tutacaq.

İnstitutun kollektivi adından bu mübarizədə komandamıza uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.