Akademik Rasim Əliquliyev AzTV-nin “Xəbərlər” buraxılışına müsahibə verib – VİDEO

07 May 2025 - 09:17 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev AzTV-nin “Xəbərlər” buraxılışına müsahibə verib

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTV-nin “Xəbərlər” buraxılışına “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın iclasında müzakirə olunan məsələlərlə bağlı müsahibə verib.

Akademik R.Əliquliyev televiziya məzmununun zənginləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan alimlərinin son 80 ildə əldə etdikləri nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində işlərə diqqətin artırılmasının əhəmiyyətindən danışıb. Eyni zamanda, xaricdə yaşayıb fəaliyyət göstərən alimlərimizin bu proseslərə cəlb olunmasının vacibliyini vurğulayıb.