İnstitutda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri ilə görüş keçirildi Sentyabr 11, 2019 | 03:31 / Görüşlər

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” ixtisası üzrə təhsil alan və hazırda institutda elmi-tədqiqat təcrübəsi keçən IV kurs tələbələri ilə görüş keçirildi. Tələbələr 2.09.2019-cu il tarixindən 14.09.2019-cu il tarixinədək institutun 2, 9 və 16 saylı şöbələrində təcrübə keçəcəklər.

Görüşdə institutun elmi katibi Mədinə Səidova, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, Gülnarə Nəbibəyovainstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Adıgözəlova və elmi-tədqiqat təcrübəsi rəhbərləri iştirak edirdilər.

Öncə M.Səidova çıxış edərək AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyevin adından tədbir iştirakçılarını salamladı. O, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini bildirdi. 

İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən M.Səidova tələbələrə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə etdi.

Sonra G.Nəbibəyova çıxış edərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə Dövlət İmtahan Komissiyasının üzvü olduğunu diqqətə çatdırdı. Onun  sözlərinə görə, elmi-tədqiqat təcrübəsi üçün institutun 16 saylı şöbəsinə təhkim olunan tələbələr veb-texnologiyalar, onların elmi-nəzəri problemləri, veb-saytların yaradılması və klassifikasiyası istiqamətlərində araşdırmalar aparırlar.

Daha sonra elmi-tədqiqat təcrübəsi rəhbərləri Y.İmamverdiyev, 9 saylı şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, 9 saylı şöbənin baş mütəxəssisi Tamilla Bayramova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat tələbələrin təhkim olunduqları şöbələrdə neft-qaz sənayesi, maşın təlimi, hidravlik sistemlərin vəziyyətinin monitorinqi, proqram mühəndisliyi və proqram təminatı, eləcə də digər istiqamətlərdə apardıqları araşdırmalar və əldə etdikləri təcrübə haqqında məlumat verdilər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı, M.Məmmədova, F.Yusifov gələcəkdə tələbələrin institutda işlə təmin olunma imkanlarının mövcud olduğunu diqqətə çatdıraraq onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı