Tamilla Adil qızı Bayramova 6 aprel 1966-cı ildə Bakıda anadan olmuşdur.
1988-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə elmi işçi vəzifəsinə qəbul olunmuşdur.
Beynəlxalq İNTERNET şəbəkəsinin Azərbaycan qovşağının yaradılması və istifadəçilərə İnternet xidmətlərin göstərilməsində və AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. Proqram mühəndisliyinin elmi – nəzəri əsasları, proqram təminatının keyfiyyət göstəriciləri, standartalrı, verifikasiya və validasiya metodları üzrə araşdırmalar aparmışdır.
2015-ci ildən institutun dissertantıdır, “Proqram təminatının etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işi üzərində çalışır.
2012-ci ildən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “İnformatika” fənni üzrə məşğələlər aparır.
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.
Hazırda şöbənin baş mütəxəssisi vəzifəsində işləyir.
Elmi əsərləri haqqında məlumat
Xidməti tel.: | (994 12) 5387109 |
Elektron poçtu: |