İnformasiya Texnologiyaları İnstitutu ilə “TransTech Capital” fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olundu 11.03.2015    03:00 / Görüşlər

Martın 10-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Böyük Britaniyanın “MTİ” şirkətinin “TransTech Capital” (TTC) fondunun baş partnyoru Simon Robeson, icraçı partnyoru Riçard Henderson, risk üzrə partnyorları Devid Livesli və Mahmud Sinoplu ilə görüş keçirildi.

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi Vüqar Babayev artıq ikinci dəfə baş tutan görüşün AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü ilə reallaşdırıldığını qeyd etdi. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən ali məktəblər və tədqiqat müəssisələrinin elmi potensialının qiymətləndirilməsi, bu qurumlarda Texnoloji Transfer Mərkəzlərinin yaradılması, o cümlədən innovativ layihələrin maliyələşdirilməsinə dəstək verməkdir.

Görüşdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəis müavini Elxan Bayramov, Rəyasət Heyəti aparatının İşlər idarəsinin baş mütəxəssisi Rauf Nadirov, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyevŞəfəqət Mahmudovafizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımoviqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, elmi katib Mədinə Səidova, şöbə müdirləri Təhmasib Fətəliyev, Səyyar Abdullayev və digərləri iştirak edirdilər.

Öncə S.Robeson “MTİ” şirkətinin fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, şirkət Böyük Britaniyanın İKT sahəsində vençur maliyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl qurumlardan biridir.

Şirkətin TTC fondunun Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradıldığını söyləyən S.Robeson bu sahədə qazanılmış təcrübənin Azərbaycanda da tətbiqinin, o cümlədən qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini önə çəkdi.

Ə.Əliyev institutun elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verərək bildirdi ki, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin tədqiqi və effektiv metodların işlənməsi istiqamətində elmi araşdırmalar aparılır. Şöbələrdə e-dövlət, e-elm, e-tibbin formalaşması problemləri, biometrik texnologiyalarının araşdırılması, böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması, süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətlərində elmi araşdırmalar aparıldığını və innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Sonra Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi “Yeni Fikir 2014 müsabiqəsinin qalibi Rəşid Əliyev təsisçisi və icraçı direktoru olduğu “BethClip” layihəsi ilə bağlı çıxış edərək layihənin bulud texnologiyalarına əsaslanan məlumat ötürülməsi mübadilə buferinin sinxronizasiyası üçün hazırlandığını qeyd etdi. Bildirdi ki, məhsulun ödənişli və ödənişsiz formaları mövcuddur.

“Braille pad” layihəsinin Marketinq şöbəsinin müdiri Nərmin Əliyeva isə brayl əlifbası ilə işləyən yeni texnologiya - görmə qüsurlu insanlar üçün hazırlanmış planşet haqqında məlumat verdi. Bildirdi ki, qurğu geniş istifadəçi kütləsinə malikdir.

Onun sözlərinə görə, yeni planşet görmə qabiliyyətini itirmiş insanlara İnternetdən və elektron kitablardan istifadə, həmçinin brayl klaviaturası ilə yazma və məlumat daxil etmə imkanı verir.

Sonda qarşılıqlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Yaxın zamanda əməkdaşlıq əlaqələrinin davam etdirilməsi məqsədilə növbəti görüşlərin keçiriləcəyi bildirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR