Viki-treyninq işləri

  1.  AMEA institut və təşkilatları, digər dövlət qurumları əməkdaşlarına Vikipediyada işləmək bacarığını aşılamaq üçün mühazirə və seminarların təşkili.
  2.  Orta və ali təhsil müəssisələrində tələbələrə, müxtəlif sahə mütəxəssislərinə Vikipediya layihələri ilə əlaqədar mühazirə, seminar və treyninqlərin təşkili.
  3.  Viki-qrupların təşkilatlanması və koordinasiyası üzrə işlərin təşkili.

 

Vikimetrik araşdırmalar

  1. Viki-mühitdə Big Data ilə bağlı problemlərin analizi və onların həlli yollarının müəyyənləşdirilməsi.
  2. Vikipediyanın manipulyativ informasiya təsirinin analizi.
  3. Viki texnologiyaların elektron kitabxanalara tətbiqi mexanizmlərinin işlənməsi.
  4. Viki-mühitə daxil edilən dezinformasiyalarla mübarizə mexanizmlərinin işlənməsi.

 

Viki-monitorinq işləri

  1. Viki-mühitdə Azərbaycan maraqlarına zidd olan kontentlərin müntəzəm monitorinqi.
  2. Viki-mühitdə AMEA-nın institut və təşkilatları haqqında ensiklopedik məqalələrin monitorinqi.
  3. Viki-mühitdə Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında ensiklopedik məqalələrin monitorinqi.
  4. Vikipediya virtual ensiklopediyasının Azərbaycan, rus və ingilis dili seqmentlərində Azərbaycan alimləri haqqında ensiklopedik məqalələrin monitorinqi.
  5. Vikikitab (Wikibooks) layihəsində AMEA alimləri haqqında biblioqrafik məqalələrin monitorinqi.
  6. Vikikitab layihəsində Azərbaycanla bağlı elektron kitab və jurnalların monitorinqi.
  7. Vikipediyanın Commons layihəsində Azərbaycanla bağlı multimedia fayllarının monitorinqi.

 

Viki-mühitin kontent təminatı

  1.  Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında məlumatları özündə əks etdirən kontentlərin Vikipediya ensiklopediyasına daxil edilməsinin təşkili.
  2.  Alim və mütəxəssislərin virtual məkanda Azərbaycan xalqının məlli-mənəvi dəyərləri və həqiqətləri haqqında kontentlərin artırılmasına cəlb olunması işlərinin təşkili.
  3.  Azərbaycan dilində viki-kontentlərin tərcümə edilərək digər dillərdə mövcud olan viki-layihələrə daxil edilməsinin təşkili.
  4.  Vikipediyanın Commons layihəsində Azərbaycanla bağlı multimedia fayllarının kütləvi şəkildə yüklənməsinin təşkili.

 

Vikipediya ensiklopediyasının populyarlaşdırması və təbliğatı işləri

  1. Kütləvi informasiya vasitələrindən istifadə etməklə Vikipediya ensiklopediyasının Azərbaycan cəmiyyətində təbliği.
  2. Vikipediya ensiklopediyası ilə bağlı qlossari kitabçasının və bukletlərin hazırlanması.
  3. Viki görüşlərin keçirilməsi.