AMEA   İnformasiya  Texnologiyaları   İnstitunun  “İnformasiya Texnologiyaları   Nəşriyyatı” 1 iyul 2002-ci ildə fəaliyyətə başlamışdır.

“İnformasiya Texnologiyaları Nəşriyyatı” yüksək ixtisaslı peşəkar kadrlar çalışır. Nəşriyyat ən müasir rəqəmsal mətbəə avadanlıqlarına malikdir.

Nəşriyyatda institutun “İnformasiya Texnologiyarı problemləri” və “İnformasiya Cəmiyyəti problemləri” adlı iki elmi-praktik jurnalı nəşr olunur.

Həmçinin institutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları və metodik vəsaitlər çap edilir.

Bunlarla yanaşı, müxtəlif çap və dizayn işləri həyata keçirilir. Qrafik redaktorların tətbiqi ilə kompüter qrafikası və dizayn sahəsində müxtəlif xarakterli işlər görülür.

Nəşriyyatda həmçinin müxtəlif təqdimatlar üçün multimedia slaydlarının hazırlanması, rastr və vektor təsvirləri üzərində bərpa və montaj işlərinin aparılması işləri həyata keçirilir.

“İnformasiya Texnologiyaları Nəşriyyatı” aşağıdakı xidmətləri həyata keçirir:

 

  • Peşəkar dizayn işləri;
  • Kitab və jurnalların tərtibatı;
  • Müxtəlif formatlı kitab və jurnalların çapı;
  • Bukletlərin hazırlanması və çapı;
  • Müxtəlif növ broşurların çapı;
  • Avtoreferatların çapı;
  • Təltif diplomlarının  dizaynı  və çapı;
  • Cildləmə işləri.

 

 

Əlaqə:

Ünvan: AZ1141, Azərbaycan Respublikası, Bakı şəhəri, B.Vahabzadə küç., 9A

Xidməti tel.: (+994 12) 510 42 74

E-mail:  publisher@iit.science.az

Veb sayt: www.ict.az