Səyyar Həbib oğlu Abdullayev 1947-ci ildə anadan olmuşdur.
1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsini bitirmişdir.
1972-ci ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul edilmiş, müxtəlif təyinatlı və səviyyəli avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur.
1973-1984-cü illərdə müxtəlif təyinatlı informasiya sistemləri üçün proqram təminatının hazırlanması və tətbiqi məsələləri ilə məşğul olmuşdur. 1985-1988-ci illərdə Azərbaycan SSR-in sosial-iqtisadi inkişafı planının yerinə yetirilməsi çərçivəsində Dövlət Plan Komitəsi ilə birlikdə nazirlik və baş idarələrdə fəaliyyətdə olan və yeni tətbiq edilən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri və Hesablama Texnikasının vəziyyətinə nəzarət işlərinə rəhbərlik etmişdir.
1988-ci ildə sektor müdiri, 1990-cı ildə isə laboratoriya müdiri təyin edilmişdir.
1992-1993-cü illərdə Bakı şəhəri Səhiyyə İdarəsinin və Ali Məhkəmənin fəaliyyətində avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi məsələləri ilə məşğul olmuşdur.
2002-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası www.science.az portalının yaradılmasında yaxından iştirak etmişdir.
2004-2010-cu illərdə İKT-nin tətbiqi və inkişafında səmərəliliyin artırılmasının elmi-nəzəri əsasları araşdırılmışdır;
Verilənlərin testləşdirilməsi, statistik və proqnoz xarakteristikalarını hesablamaq üçün modelin seçilməsi qaydaları işlənilmişdir.
Ətraf mühitin müxtəlif prosesləri və hadisələrinin tədqiqi üçün modellərin keyfiyyətinin artırılmasında səmərəlilik məsələləri araşdırılmışdır;
PM problemlərinin müəyyənləşdirilməsi, təhlili və onların həlli yollarının araşdırılması, müxtəlif metodologiya, model və metodların tədqiq və tətbiq olunması və bu ixtisas üzrə mütəxəssislərin hazırlanması daha keyfiyyətli proqram təminatının yaradılmasına imkan verir.
“Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi”nin yaradılmasına rəhbərlik etmişdir.
48 elmi məqalənin müəllifidir. Bunlardan 25-şi xarici mətbuatda dərc edilmişdir.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası məclisinin və AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvüdür.
1982-ci ildən İnstitutun həmkarlar təşkilatının sədr müavini, 1989-cu ildən bu günədək Həmkarlar komitəsinin sədri vəzifəsində çalışır.
2014-cü ilin iyul ayından 2021-ci ilin iyul ayına kimi AMEA Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsini icra etmişdir.
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.
2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.
Elmi əsərləri haqqında məlumat.
Xidməti tel.: | (+994 12) 510 11 08 |
Mobil tel.: | (+994 50) 347 46 80 |
Elektron poçt: | sayyar.abdullayev@yandex.com |