Nüfuzlu beynəlxalq jurnal institut əməkdaşının elmi ekspertiza fəaliyyətinə yüksək qiymət verib

06 Noyabr 2023 - 18:00 | Mühüm hadisələr
Nüfuzlu beynəlxalq jurnal institut əməkdaşının elmi ekspertiza fəaliyyətinə yüksək qiymət verib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə “Knowledge-Based Systems” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal süni intellekt sahəsində multidissiplinar nəşrdir. Jurnalda verilənlər elmi və hesablama metodları vasitəsi ilə proqnozlaşdırma və qərarların qəbulu, süni intellektin nəzəri və praktik əsasları, biliklərə əsaslanan intellektual modellərin, metodların və sistemlərin  biznes, dövlət, təhsil, mühəndislik, səhiyyə sahəsinə tətbiqi və yeni yanaşmaların işlənməsi istiqamətləri üzrə orijinal, innovativ və yaradıcı tədqiqat nəticələri dərc olunur.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 8.8

5-Year Impact Factor: 8.6

Source Normalized Impact per Paper (SNIP): 2.578

CiteScore: 12.3

SCImago Journal Rank (SJR): 2.065

Journal Citation Indicator ™ (2022): 9.64

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.