ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova YAP Yasamal rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib. Fərman G.Nəbibəyovaya təşkilatın sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Nəbiyev tərəfindən “Konstitutsiya və Suverenlik ili” çərçivəsində Partiyada ictimai-siyasi fəaliyyətinə görə təqdim olunub.
G.Nəbibəyova İnformasiya Texnologiyaları İnstitutunun YAP Yasamal rayon təşkilatı üzrə ərazi partiya təşkilatının sədridir. G.Nəbibəyovanın təşəbbüskarlığı, təşkilatçılıq bacarığı və milli-mənəvi dəyərlərə sadiqliyi onun partiya fəaliyyətində də özünü aydın şəkildə göstərmişdir. O, təşkilata sədrlik etməyə başladığı gündən etibarən YAP-ın təşkil etdiyi tədbirlərdə yüksək fəallıq göstərmiş, ictimai-siyasi həyatdakı mövqeyinə və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrə görə fərqlənmişdir.
Qeyd edək ki, G.Nəbibəyova daha öncə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı, science.az veb-saytında səmərəli fəaliyyətinə görə “AMEA-nın Fəxri Diplomu”, eləcə də İnformasiya Texnologiyaları İnstitutunun Fəxri Fərmanı ilə təltif olunmuşdur.
İnstitutun kollektivi adından G.Nəbibəyovanı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.