İnstitutun əməkdaşları “RENAM”ın 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər

11 Oktyabr 2019 - 12:19 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 3 oktyabr 2019-cu il tarixində Kişinyovda keçirilən Moldovanın Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası “RENAM”ın 20 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər.

GEANT-ın baş direktoru Erik Huizer, beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, tədqiqatlar üzrə məsul şəxs Chris Atherton, RoEduNet-in nümayəndəsi Oktavian Rusu, “Wiley & Sons”u təmsil edən Sergey Paramonov və digərlərinin də iştirak etdiyi tədbir çərçivəsində Rumıniya tədqiqatını dəstəkləyən “Avropa milli tədqiqat və təhsil şəbəkələri” (National Research and Education Network, NREN), “Rumıniyanın transformasiyalı gücü NREN”, “EaPConnect regional şəbəkəsinin yaradılması”, “NREN-lərin rolu” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə “RENAM” İdarə Heyətinin sədri Peter Boqatençov çıxış edərək “RENAM” tədqiqat və təhsil şəbəkəsinin yaradılması və beynəlxalq GEANT şəbəkəsi haqqında ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.