Alimlər süni beyin yaradırlar

18 İyul 2019 - 11:53 | Texnoloji yeniliklər
Alimlər süni beyin yaradırlar

Melburn Kral Texnologiya Universitetinin alimləri beyinin bioloji funksiyalarını təqlid edən mikroçip yaradıblar. Bu, xatirələri yaratmağa və yaddaşda saxlamağa imkan verir. Texnologiyanın əsasında optogenetika (prosesə işıq təsirinin köməyilə nəzarət etmək qabiliyyəti) dayanır.

meddaily.ru saytının məlumatına görə, mikroçip elektrik müqavimətinin müsbətdən mənfiyə doğru dəyişilməsi üçün işıq dalğalarından istifadə edir ki, bu da sinir əlaqələrinin formalaşması və qırılmasına gətirib çıxarır. Bu, xatirələrin yaradılması və itkisi ilə əlaqələndirilir. Yəni işığa qarşı həssas olan süni sinaps (neyronların birləşdiyi hissə) yaradılıb. Alimlər müxtəlif rəngli işıqlardan istifadə edərək, sinapsı aktivləşdirib və ya söndürüblər.

Bu sistem yeni nəsil süni intellektin əsasında dayana bilər. O, əsl insan kimi özünü inkişaf etdirəcək, öyrənəcək, yeni xatirələr yaradacaq və lazımsız informasiyanı siləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.