ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Baku TV”nin “Aktual gündəm” verilişinə videobağlantı vasitəsilə qoşulub.
“Yeni peşələr dalğası Azərbaycanı necə dəyişəcək?” mövzusunda yayımlanan verilişdə alim süni intellektin əmək bazarında yaratdığı yeni reallıqlardan bəhs edib. Alim bildirib ki, bir çox ənənəvi sahələrlə müqayisədə informasiya texnologiyaları üzrə mütəxəssislərə tələbat sürətlə artır.
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev dərsliklərin hazırlanması, tədris kontentlərinin seçilməsi və yenilənməsində elm və təhsilin inteqrasiyasının vacibliyini vurğulayıb. Həmçinin İnformasiya Texnologiyaları İnstitutunda bu istiqamətdə aparılan işlər barədə məlumat verib.
Alim süni intellekt texnologiyalarının sürətli inkişafının əmək bazarında struktur dəyişikliklərinə səbəb olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu proses yeni peşələrin yaranmasına şərait yaratdığı halda, bəzi ixtisasların aktuallığını itirməsinə gətirib çıxarır.