“3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə minimum imtahanı keçirilib

31 May 2019 - 11:00 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində institutun doktorantları üçün test üsulu ilə minimum imtahanı keçirilib.

İmtahanda institutun “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təhsil alan doktorantları – Roza Şahverdiyeva, Günay İskəndərli və Oqtay Ələkbərov  iştirak ediblər. Doktorantlar 90 dəqiqə ərzində 50 sualı cavablandırıblar.

Qeyd edək ki, imtahan komissiyasının sədri, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.