29 noyabr 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı keçirildi. İmtahanda Sumqayıt Dövlət Universitetinin doktorantı Svetlana Əhmədova iştirak edirdi.
Qeyd edək ki, AMEA prezidenti, akademik Akif Əlizadənin 23 oktyabr 2018-ci il tarixli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, “3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda komissiya yaradılmışdır.
Komissiyanın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.