“Antropologiya: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb

08 Fevral 2018 - 12:22 | Yeni nəşrlər
“Antropologiya: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın müəllifi olduğu “Antropologiya: mahiyyəti, problemləri və perspektivləri” adlı ekspress-informasiya işıq üzü görüb. Kitabın elmi redaktoru institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovdur.

İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunmuş kitabda antropologiyanın mahiyyəti, inkişaf mərhələləri, problemləri, antropometriya, perspektivləri və s. haqqında məlumat verilmişdir. Kiberantropologiya insan və texnologiyanın birgə inkişafını öyrənən elm sahəsi kimi xarakterizə edilmiş və bu sahədə olan problemlər araşdırılmışdır. Antropometrik göstəricilərdən istifadə etməklə təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi üsulları araşdırılmış, onun bəzi aspektləri izah edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.