Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi

09 Yanvar 2017 - 14:43 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi. İmtahanda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə 1, “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 və “Kompüter elmləri” ixtisası üzrə 3 iddiaçı iştirak edirdi.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 25 noyabr 2016-cı il tarixli “2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul haqqında” sərəncamına əsasən ixtisas üzrə namizədlik imtahanlarının qəbulu üçün komissiya yaradılmışdır. Komissiyanın sədri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, üzvləri – texnika elmləri doktorları, professor Məsumə Məmmədova, Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları, dosent Yadigar İmamverdiyev, Fərhad Yusifov və institutun elmi katibi Mədinə Səidovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.