İnstitutun layihə baş mühəndisinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

19 Avqust 2016 - 09:00 | Mühüm hadisələr
İnstitutun layihə baş mühəndisinin məqaləsi nüfuzlu jurnalda dərc olunub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın Big Data Challenges in Biometric Technology” (Biometrik texnologiyalarda Big Data problemləri) adlı məqaləsi “International Journal of Education and Management Engineering” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalə biometrik texnologiyalarda Big Data-nın tətbiqi problemlərinə həsr olunmuşdur. Məqalədə Big Data və qabaqcıl bulud texnologiyalarının biometrik texnologiya sahəsində tətbiqi haqqında ətraflı məlumat verilir, milli təhlükəsizlik, hüquq-mühafizə sistemi və müdafiə orqanlarında Big Data texnologiyalarından istifadənin üstünlükləri diqqətə çatdırılır.

Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “Scirus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.