AMEA İnformasiya Texnologiyaları İnstitutunun bir sıra alim və mütəxəssisi AMEA FRTEB-nin Fəxri Fərmanı ilə təltif olundu

13 Noyabr 2015 - 17:00 | Mühüm hadisələr

Bu gün AMEA Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) iclası keçirilib. İclasda FRTEB-nin elmi müəssisələrinin bir sıra alim və mütəxəssisinə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə Bölmənin Fəxri Fərmanları təqdim olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan mükafata 14 əməkdaş layiq görülüb. Bölmənin Fəxri Fərmanları ilə şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları – Yadigar İmamverdiyev, Bikəs Ağayev, Tofiq Kazımov, dosent Əlövsət Əliyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev, şöbə müdirləri – Gülnarə Nəbibəyova, Ziba Nağıyeva, Şakir MehdiyevAnar Səmidov, institutun Həmkarlar Komitəsinin sədri, şöbə müdiri Səyyar Abdullayev, Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və sektor müdiri Məmməd Rəşidov təltif olunublar.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun kollektivi mükafata layiq görülən alim və mütəxəssisləri təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar diləyir! 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.