sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Pakistanın Müasir Dillər Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsinin müəllimi Attiq-ur-Rehman və Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Kamal Makili-Əliyev ilə görüş keçirildi. Əsas məqsəd Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində görülən işlərin müzakirəsi idi. 

İnstitutun direktoru, AMEA-nın akademik-katibi professor Rasim Əliquliyev qonağa institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Müasir dövrdə mühüm rol oynayan informasiya təhlükəsizliyinin təmininin böyük əhəmiyyət kəsb etdiyini bildirən alim, bu sahədə institut tərəfindən görülən işlərdən, əsas tədqiqat istiqamətlərindən söhbət açdı. Müasir dövrdə cəmiyyətin, o cümlədən dövlətin və əhalinin informasiyadan asılılığının get-gedə artdığını, kibertəhlükəsizliyin təmininin strateji məsələyə çevrildiyini vurğuladı. 

İnformasiya təhlükəsizliyinin texniki, humanitar və hüquqi problemlərinə toxunaraq, təhlükəsiz İnternetin formalaşmasının hüquqi aspektlərinin işlənməsinin vacibliyini vurğuladı. Eyni zamanda müasir dövrdə Azərbaycanın qarşılaşdığı əsas informasiya təhlükəsizliyi problemlərindən söz açdı. 

Professor Azərbaycanın kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, dünya təcrübəsinin öyrənilməsi məsələlərindən danışdı. Ölkədə milli təhlükəsizliyin əsas tərkib hissəsi olan informasiya təhlükəsizliyinə böyük önəm verildiyini və bu sahədə araşdırmaların günü-gündən artdığını nəzərə çatdırdı. 

Kibertəhlükəsizlik mühitinin yaradılmasının zəruriliyindən danışan prof. R.Əliquliyev ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətindən söhbət açdı. İnformasiya təhlükəsizliyi problemlərinin aradan qaldırılmasında elmi-texniki dəstəyin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bildirdi ki, AMEA-nın müvafiq qurumları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu etibarlı informasiya təhlükəsizliyi sisteminin yaradılması istiqamətində öz töhfələrini verməkdədirlər. 

Görüşdə həmçinin kibertəhlükəsizlik sahəsində elmi-tədqiqat istiqamətləri, beynəlxalq təcrübənin öyrənilməsi və birgə əməkdaşlıq perspektivləri müzakirə olundu.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti