Dissertasiya şurasının elmi seminarının onlayn iclası keçirildi Aprel 05, 2021 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki ED 1.35 Dissertasiya şurasının 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə elmi seminarının onlayn iclası keçirildi. Texnika elmləri doktoru, professor Mütəllim Mütəllimovun sədrliyi və texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudovanın elmi katibliyi ilə keçirilən tədbir texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün Zərifə Qasım qızı Cəbrayılovanın “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasınınelmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunmuşdur. 

Tədbirdə texnika üzrə fəlsəfə doktoru, dosent Z.Cəbrayılova dissertasiya işinin mövzusunun aktuallığı, dissertasiya işində qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında məlumat verdi, əldə edilmiş elmi yenilikləri və onların elmi-praktiki əhəmiyyətini, dissertasiya işi üzrə nəşr olunmuş elmi əsərlərin siyahısını diqqətə çatdırdı. Qeyd etdi ki, e-dövlətin iyerarxik idarəetmə səviyyələri üzrə insan resurslarının idarə olunmasında elmi əsaslandırılmış və praktiki əhəmiyyətli qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model, metod və instrumental vasitələr işlənmişdir.

Texnika elmləri doktoru Asif Rzayev, texnika elmləri doktoru, Fərhad Paşayev və texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova dissertasiya işinə dair rəyləri nəzərə çatdırdılar, iddiaçıya irad və təkliflərini bildirdilər.

İddiaçı Dissertasiya şurası seminarının üzvlərinin suallarını cavablandırdı.

Sonda dissertasiya işi ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə iştirak edən texnika elmləri doktorları Mütəllim MütəllimovAsif RzayevFərhad PaşayevQəmbər Quliyev, texnika üzrə fəlsəfə doktorları, dosent Şəfəqət Mahmudova, dosent Məkrufə Hacırəhimova, tex.f.d. Rəsmiyyə Mahmudova və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək, onların müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Dissertasiya Şurasının elmi seminarı Zərifə Qasım qızı Cəbrayılovanın “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasınınelmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müvafiq dissertasiya şurasında müdafiəyə buraxılmasını yekdilliklə qərara aldı.

Qeyd edək ki, Dissertasiya Şurasının elmi seminarı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair tələblər” əsasında təşkil edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı