“Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənilməsi” mövzusu üzrə alınmış elmi-nəzəri nəticələr müzakirə olundu Fevral 08, 2019 | 02:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevin sədrliyi ilə keçirilən seminarda institutun dissertantı Hüseyn Qasımov “Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənilməsi” mövzusunda apardığı tədqiqatların elmi-nəzəri nəticələri haqqında danışdı.

H.Qasımov elmi-nəzəri nəticələri təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, tədqiqat obyekti və predmeti, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mövzu üzrə 16 elmi iş çap edilmişdir.

Məruzəçi qeyd etdi ki, işin məqsədi virtual təhsil mühitində e-universitetin fəaliyyət konsepsiyasının, model və metodların işlənilməsidir.

H.Qasımov tədqiqatda qloballaşma şəraitində e-universitetin konseptual əsaslarının işlənməsi, e-universitetdə intellektual idarə olunmanı tələb edən arxitektur komponentlərin müəyyənləşdirilməsi və onlar arasındakı qarşılıqlı münasibətlərin aşkarlanması, təhsilin personalizasiyası kontekstində öyrənənin “start” biliklərinin qiymətləndirilməsi və onun intellektual potensialına müvafiq olaraq təhsil trayektoriyasının seçilməsi metodları, eləcə də e-universitetdə fərdi təhsil trayektoriyasının intellektual idarə edilməsini dəstəkləyən sistemin işlənməsi ilə bağlı görülmüş işləri diqqətə çatdırdı.

Məruzəçi tədqiqat işində əldə olunmuş nəticələri təqdim etdi. Qeyd etdi ki, qloballaşma şəraitində mövcud e-universitet modelləri araşdırılmış, qeyri-səlis çoxluqlar nəzəriyyəsinə və neyron şəbəkələrə istinad edilərək metodlar işlənilmiş, neyron şəbəkələr əsasında öyrənənin intellektual potensialına müvafiq təhsil trayektoriyasının seçilməsi üçün yeni metod işlənilmişdir.

Sonra H.Qasımov tədqiqatla bağlı çoxsaylı sualları cavablandırdı. 

Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov əldə olunan elmi-nəzəri nəticələrlə bağlı rəy və təkliflərini səsləndirdilər.

Akademik Rasim Əliquliyev çıxış edərək e-universitetin fəaliyyət konsepsiyasının tələblərinə cavab verən modelin layihələndirilməsi üçün metodların işlənməsinin, eləcə də  Azərbaycan təhsil mühiti üçün təklif olunan e-universitet struktur modelinin hazırlanmasının əhəmiyyətindən söz açdı. Alim mövzunun aktuallığını önə çəkdi və əsaslı tədqiqatlar aparıldığını bildirdi. Akademik, həmçinin inklüziv təhsil ilə bağlı araşdırmaların aparılmasının işin səmərəliliyinin artırılmasına imkan verəcəyini söylədi. Qeyd olunan rəy və təkliflər nəzərə alınmaqla, əldə olunan elmi-nəzəri nəticələrin sistemləşdirilərək müvafiq mövzuda dissertasiya işinin hazırlanmasını tövsiyə etdi.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı