“Microsoft” ilk noutbukunu nümayiş etdirib

07 Oktyabr 2015 - 15:46 | Maraqlı məlumatlar
“Microsoft” ilk noutbukunu nümayiş etdirib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Microsoft” şirkəti “Surface Book” adlı ilk noutbukunu təqdim edib. İstehsalçılar iddia edirlər ki, yeni noutbuk “Apple” şirkətinin “MacBook Pro” qurğusundan iki dəfə sürətlidir. “Surface Book” 3000x2000 piksel təsvir ölçüsünə malik 13,5 düymlük sensor ekranla təchiz edilib. Bundan əlavə, ekran “Corning Gorilla Glass 4” qoruyucu şüşəsinə malikdir. İnformasiyanın daxil edilməsi üçün həmçinin “Surface Pen”dən istifadə etmək olar.

gazeta.ru saytının məlumatına əsasən, qurğunu planşet kimi də istifadə etmək mümkündür. Noutbuk ən yeni “Intel” prosessorları və “NVIDIA GeForce” qrafikası ilə təchiz olunub.

Avtonom iş rejimində 12 saatadək işləyə bilən “Surface Book” oktyabrın 7-dən ilkin sifariş üçün əlçatan olacaq.