Həkimlərə “rəqəmsal pasiyentlər” üzərində təlim keçəcəklər

28 Aprel 2015 - 16:00 | Maraqlı məlumatlar
Həkimlərə “rəqəmsal pasiyentlər” üzərində təlim keçəcəklər

naked-science.ru saytının məlumatına əsasən, Sinqapurda keçirilən “Smart Nations Innovation” konfransı zamanı alimlər “Rəqəmsal pasiyentlər” layihəsini təqdim ediblər.

“İnsan beynini və ya ürəyini skan edərək hiper-realistik holoqram yaradılır. Həkimlər bu holoqramdan istifadə etməklə orqanda yaranmış problemləri müəyyənləşdirir və müalicə edir”, - deyə ABŞ-ın “Microvena” əczaçılıq şirkətinin təsisçisi Rudi Mazoççi bildirib.

Onun sözlərinə görə, qabaqcıl texnologiyaların köməyi ilə pasiyentin bədəninin virtual kartını və orqanlarının rəqəmsal surətini yaratmaq mümkündür. Xüsusi cihazlardan istifadə etməklə həkim pasiyenti fiziki olaraq hiss edə biləcək. Beləliklə, cərrah ilkin virtual əməliyyatı həyata keçirəcək və “məşqlərin nəticəsini görəcək.