Rusiyada bioinformatika üzrə ilk hakaton keçirildi

14 Aprel 2015 - 09:06 | Maraqlı məlumatlar
Rusiyada bioinformatika üzrə ilk hakaton keçirildi

Aprelin 10-dan 12-nə kimi Rusiyada bioinformatika üzrə ilk hakaton keçirilib.

Hakaton (ing. hackathon) “hack” – haker və “marathon” - marafon sözlərindən yaranıb. Bu, bədniyyətlilərin deyil, sözün əsl mənasında peşəkar hakerlərin, yəni, proqram təminatı üzrə müəxəssislərin hər-hansı bir problemin kreativ həlli üzərində yarışmasıdır.

Moskva Fizika-Texniki İnstitutunda baş tutan tədbirdə bioinformatika, molekulyar biologiya üzrə mütəxəssislərdən və proqramçılardan ibarət komandalar yarışıblar. Gənc alim, tələbə və aspirantlar fasiləsiz olaraq 48 saat ərzində bioinformatika üzrə qabaqcıl layihələr hazırlayıblar.  

lenta.ru saytının məlumatına görə, tədbir Rusiyada biotexnoloji sahənin özünütəşkil və formalaşmasına kömək edəcək və elmi konfransların,  seminarların ənənəvi formatına əlavə oluna bilər. Hakatonun əsas vəzifəsi zəruri proqram resurslarının tez bir vaxtda yaradılmasıdır.