Vyetnamda piyadalara yolu keçməkdə köməklik göstərən robot yaradılıb

09 Aprel 2015 - 16:00 | Maraqlı məlumatlar
Vyetnamda piyadalara yolu keçməkdə köməklik göstərən robot yaradılıb

Vyetnam küçələrində nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi piyadalar üçün yolu keçərkən çətinliklər yaradır.

Yerli universitet tələbələri piyadalara yolu keçməyə kömək etmək məqsədilə təkərli platformada işləyən robot yaradıblar. Robot keçidlərdən birində sınaqdan keçirilib.

osp.ru saytının məlumatına əsasən, uniforma geyindirilmiş, başında dəbilqə və sağ əlində metal çubuq olan robotun hündürlüyü 2 metrdir.

Robot özünü təqdim edərək piyadaya yolu keçməkdə kömək edir və yolun qarşı tərəfində onunla vidalaşaraq geri dönür. Robotun batareyasının tutumu 50 keçid üçün kifayətdir.