Dissertasiya şurasının növbəti iclası keçirildi

03 Aprel 2015 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD.01.231 Dissertasiya şurasının bu gün keçirilmiş iclasında 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Mehrdad Haşeminin “Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” və Almaz Əliyevanın “Çaylarda su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

İddiaçı M.Haşeminin dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, iddiaçı A.Əliyevanın dissertasiya işi üzrə kuratorlar isə texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova təyin olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.